Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının ölkəyə növbəti təxliyəsi həyata keçirilib VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Yaxın Şərqdə yaranmış vəziyyətlə əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya növbəti təhlükəsiz təxliyəsi martın 7-də həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, AZAL-a məxsus “Boeing 787 Dreamliner” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təxliyə reysi ilə ümumilikdə 200-dən çox vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun şəkildə reyslərin təhlükəsiz və planlı icrasını həyata keçirir.