Yay məktəbinin son günü FOTOSESSİYA
Bakı, 30 iyun, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yay məktəbi başa çatıb.
AZƏRTAC BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən yay məktəbinin son günü ilə bağlı fotosessiyanı təqdim edir.
Xatırladaq ki, yay məktəbinə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla qoşulublar. Yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. Həmçinin şagirdlərin ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özgüvən duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynayır.