Yazıçı Elxan Elatlının oxucularla görüşü və imza saatı keçirilib
Bakı, 4 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bestseller müəllifi, yazıçı Elxan Elatlının oxucularla görüşü və imza saatı keçirilib.
AZƏRTAC xəbər verir ki, oxucuların suallarını cavablandıran yazıçı, həmçinin Vətən müharibəsindən, haqq savaşımıza, qəhrəman Azərbaycan oğullarına həsr olunan əsərlərindən bəhs edib və onları cəsur Azərbaycan döyüşçülərinin cəsarətindən, şücaətindən bəhrələnərək yazdığını bildirib.
O, bu ilin sonuna kimi "Boş çanta" əsərinin nəşr olunacağını da diqqətə çatdırıb.
Görüşdən sonra imza saatı keçirilib. Yazıçı oxucularına ən xoş arzularını ifadə edib, onlarla xatirə şəkli çəkdirib.