YAZIÇILAR BİRLİYİNDƏ GÖRÜŞ
Birliyin sədri, xalq yazıçısı Anar görüşü açaraq, qurumun yaradılması tarixi, fəaliyyəti barədə məlumat vermişdir.
Yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundova qonağı təqdim edərək bildirmişdir ki, Qafqaz tarixinə yaxından bələd olan alim bu regionun ardıcıl araşdırıcılarındandır. Rusiyada istehsal olunan, Rusiya-Türkiyə müharibəsindən bəhs edən “Bayazid” adlı bədii televiziya filmində tarixi faktlar saxtalaşdırılmış, orada general İsmayıl xan Naxçıvanskinin fəaliyyəti mənfi yöndə verilmişdir. Bu dövr tarixinin bilicisi kimi, R.İvanov həmin yanlışlıqla barışmamış, “Oborona Bayazita” (“Bayazidin müdafiəsi”) adlı kitab yazaraq, İsmayıl xanın həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərdiyini tarixi faktlarla sübut etmişdir.
Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, şair-tərcüməçi Səyavuş Məmmədzadə və başqaları Azərbaycan tarixinə və xalqına münasibətdə ədalətli mövqeyinə görə qonağa minnətdarlıqlarını bildirmişlər.
Rudolf İvanov Moskvada “Qeroi oteçestva” nəşriyyatında 2005-ci ildə nəşr olunan “Oborona Bayazita” kitabının yazılma tarixindən, İsmayıl xanı, Kəlbalı xanı və başqa generalları Azərbaycana bəxş etmiş bu nəsil haqqında yeni kitab üzərində işlədiyini vurğulamışdır.