Yəmənin Prezident Şurasının sədri Azərbaycana dəvət edilib
Qahirə, 6 avqust, AZƏRTAC
Yəmənin Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Yəmənin xarici işlər naziri Şayi əz-Zindaniyə təqdim edib. Görüşdə Yəmən XİN rəhbəri ölkəsinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduğunu ifadə edib.
Eyni zamanda, nazir regionda baş verən son hadisələr, Qırmızı dəniz hövzəsində dünya gəmiçiliyi üçün yaranmış təhdidlər barədə danışıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:30]
Fransa Martin Ryanın əfv edilməsini alqışlayıb
- 23.09.2026 [14:03]
İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH
- 23.09.2026 [07:18]