YENİ ABUNƏÇİ QUTULARI BAKIDA HAZIRLANIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, respublikanın bir sıra poçt şöbələrində yeni abunəçi qutularının satışı təşkil edilmişdir. Belə qutular indi Gəncə, Sumqayıt, Əli Bayramlı, Mingəçevir şəhərlərində, həmçinin Xaçmazda, Bakının Səbayıl, Yasamal və Xətai rayonlarında yerləşən poçt filiallarında satılır.
Hələlik, filiallara az sayda qutu verilmişdir. Sifarişçilərin təlabatının artacağı təqdirdə bütün poçt şöbələrində onların kütləvi satışı təşkil olunacaqdır.
Xatırladaq ki, müasir formada, həm də zövqlə hazırlanan abunəçi qutuları Bakıda istehsal edilir, xammal isə Türkiyədən gətirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:55]
Orta Dəhliz boyunca 14 terminal tikiləcək
- 30.09.2026 [16:49]
Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub
- 30.09.2026 [16:47]
Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib
- 30.09.2026 [16:14]
İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir
- 30.09.2026 [15:37]