Yeni Azərbaycan Partiyasının mənzil-qərargahında ABŞ səfiri ilə görüş
Bakı, 26 avqust, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov avqustun 26-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə partiyanın mənzil-qərargahında görüşüb.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ABŞ arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.
Görüşdə, həmçinin qarşıdan gələn parlament seçkilərinə hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]