Yeni ədəbiyyat portalı fəaliyyətə başlayıb
Bakı, 1 may, AZƏRTAC
Azərbaycan ədəbiyyatının inkişafına töhfə vermək məqsədilə “Yazici.az” Ədəbiyyat Portalı fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, platforma gənc və istedadlı qələm sahiblərinin üzə çıxarılması, həmçinin oxucularla yazarlar arasında daha sıx əlaqənin qurulmasını hədəfləyir.
Portalda şeir, hekayə, tərcümə, publisistika və ədəbi tənqid nümunələri müntəzəm olaraq dərc edilir, eyni zamanda ədəbi mühitdə baş verən yeniliklər oxuculara təqdim olunur. Bu platforma Azərbaycan ədəbiyyatının rəqəmsal müstəvidə daha geniş yayılmasına və gənc nəslin ədəbiyyata marağının artırılmasına xidmət edir.
Yaxın zamanda saytın mobil tətbiqinin də istifadəyə verilməsi planlaşdırılır.
Saytın baş redaktoru AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı, 10-dan çox elmi məqalə və 2 kitab müəllifi Tural Adışirindir.
Qeyd edək ki, portalın proqram təminatı və texniki hazırlanması Röyal Orucov tərəfindən həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]
“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]