YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR
Əli Bayramlı Rayonu İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin ötən dövründə şəhərdə 489 iş yeri açılmışdır. Onların 407-i daimi, 82-i isə müvəqqətidir. Həmin dövrdə “Əli Bayramlı Tikinti-2” Açıq Səhmdar Cəmiyyətinin bazasında yerli xammalla işləyən, layihə dəyəri 400 min manat olan kərpic zavodu açılmış, smeta dəyəri 100 min manat olan beton zavodunun inşasına başlanılmış, “Əli Bayramlı Yağ-Piy” Açıq Səhmdar Cəmiyyətində müasir avadanlıq quraşdırılmış, “Şəfəq” və “Əli Bayramlı-Konserv” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti xeyli genişləndirilmiş, 330 fiziki və hüquqi şəxsə sahibkarlıqla məşğul olmaq üçün şərait yaradılmışdır.
Şəhərin 10 və 18 nömrəli orta məktəbləri, “Nərgiz” və “Yasəmən” uşaq bağçaları, mərkəzi xəstəxananın kardiologiya şöbəsi təmir edilmişdir.
Bu ilin axırınadək şəhərdə daha 800 iş yerinin açılması nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:06]
Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
- 13.10.2026 [19:04]
Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub
- 13.10.2026 [19:01]
Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir
- 13.10.2026 [18:55]
AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir
- 13.10.2026 [18:15]
Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub
- 13.10.2026 [18:14]
Mərkəzi Bank: Əhalinin borc yükü artıb
- 13.10.2026 [18:13]
Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib
- 13.10.2026 [17:56]
İqtisadi Şuranın növbəti iclası olub
- 13.10.2026 [17:48]