Yeni Kaledoniyanı tərk edənlərin sayı artır
Bakı, 20 avqust, AZƏRTAC
Yeni Kaledoniyada baş verən iğtişaşların ardınca tətbiq edilmiş məhdudiyyətlər iqtisadi və sosial vəziyyətin ağırlaşması ilə nəticələnib.
AZƏRTAC “Francetvinfo”ya istinadla xəbər verir ki, Fransanın digər ərazilərindən bur işləməyə gələnlərin çoxu geri qayıdır. Bu da səhiyyə müəssisələrinin işini daha da pisləşdirir. Səbəb tibb personalının başlıca olaraq metropoliyadan (Fransanın Avropadakı ərazisi) gələnlərin təşkil etməsidir. Tibb müəssisələrinin çoxu ya bağlanıb, ya da fəaliyyətini minimuma endirib.
Miqrasiya prosesi getdikcə intensivləşir. Yanvar ayından indiyədək Yeni Kaledoniyanı azı 6 min nəfər tərk edib. Yerli əhali miqrasiyanın yaxın vaxtlarda daha da sürətlənəcəyi qənaətindədir.
Əhalinin 2024-cü il üçün nəzərdə tutulan siyahıya alınması 2025-ci ilədək təxirə salınıb. Bu siyahıyaalmadan sonra miqrasiya barədə daha dəqiq rəqəmlər ortaya çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]