YENİ LABORATORİYA İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR
Britaniya Standartlar İnstitutunun “British Standart” bölməsinin direktoru Mayk Lou, respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin direktoru Xalidə Məsimova və digər çıxış edənlər dünyada nüfuz qazanmış Britaniya Standartlar İnstitutu barədə ətraflı məlumat vermişlər. İnstitutun dünyanın 110-dan çox ölkəsində 170-ə yaxın nümayəndəliyi, 80-ə yaxın sınaq laboratoriyası fəaliyyət göstərir. Azərbaycanda yaradılan laboratoriya bölgədə ən böyük sınaq mərkəzlərindən biridir. Burada texniki təhlükəsizlik, əməyin və ətraf mühitin mühafizəsi beynəlxalq standartlar səviyyəsindədir. Laboratoriya tam şəkildə yerli işçi qüvvəsi ilə təmin edilmişdir.
Bu gün laboratoriyada 50 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır və yaxın vaxtlarda işçilərin sayı 100 nəfərə çatdırılacaqdır.
Laboratoriya ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına yeni təkan verərək, Britaniya Standartlar İnstitutunun sertifikatları ilə təmin olunmuş məhsulların istənilən ölkəyə ixracına əlverişli şərait yaradacaqdır.