YENİ LAYİHƏ HAZIRLANIR
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, müasir informasiya texnologiyaları əsasında ayrı-ayrı qurumlar və vətəndaşlar üçün müxtəlif təyinatlı web-saytların və portalların yaradılması, onlardan daimi istifadənin təmin edilməsi layihəsi hazırlanır.
Layihənin reallaşdırılması sayəsində internet istifadəçiləri dünyanın istənilən yerindən web-saytlar, portallara malik qurumlar və vətəndaşlar haqqında tez və ətraflı məlumat ala biləcəklər.