YENİ QƏSƏBƏLƏR SAKİNLƏRİNİ QƏBUL EDİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Alıbəyli-1”, “Alıbəyli-2” qəsəbələrinə Bərdədəki çadır şəhərciklərindən 41, Ağcabədidəki Türk “Qızıl Ay” çadır şəhərciyindən isə 170 ailə köçürülmüşdür. “Bənövşələr” qəsəbəsində 497 ailə evlə təmin olunmuşdur. Yaxın günlərdə məcburi köçkünlər 157 evdən ibarət “Səfərli” qəsəbəsində məskunlaşacaqlar.
Məcburi Köçkünlərin Sosial Müdafiəsi Fondunun sifarişi ilə Dövlət Neft Fondunun vəsaiti hesabına inşa olunan 12 qəsəbədə 3860 məcburi köçkün ailəsi evlə təmin ediləcəkdir.