Yeni Zelandiyadakı icmamız əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib
Bakı, 18 aprel, AZƏRTAC
Yeni Zelandiyada fəaliyyət göstərən “Azəri” Yeni-Zelandiya-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə işgəncə verilməsini qətiyyətlə pisləyib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin adından Yeni Zelandiya parlamentinin üzvlərinə və media mənsublarına ünvanlanan bəyanatda Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlunun və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun hansı şəraitdə Ermənistana əsir düşməsinə aydınlıq gətirilib, onlara qarşı qeyri-insani rəftara diqqət cəlb edilib.
Ermənistanın mühüm beynəlxalq aktlar, o cümlədən Cenevrə Konvensiyası üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunub.
Yeni Zelandiya ictimaiyyətindən və müvafiq beynəlxalq təşkilatlardan həmin zorakılıq faktının araşdırılması, lazımi hüquqi qiymət verilməsi, Azərbaycan hərbçilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]