Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yenilməzlər yeni qələbələrə doğru!

Yenilməzlər yeni qələbələrə doğru!

Bakı, 2 aprel, AZƏRTAC

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra idmanımız şərəfli yol keçib. İdmançılarımız bu müddət ərzində dünyanın müxtəlif arenalarında öz sözlərini deyib, üçrəngli bayrağımızı ucaldaraq himnimizi səsləndiriblər.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov deyib.

AMPK rəsmisi qeyd edib ki, ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sosial-siyasi sabitlik dövründə Azərbaycanda müxtəlif sahələrin inkişafına təkan verilib. Əlbəttə ki, bu istiqamətlərdən biri də ölkə idmanının yeni səviyyəyə çıxması idi. Məhz bu dövrdə - 1996-cı ildə AMPK təsis edilib və həmin il Azərbaycan paralimpiyaçıları ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ilk dəfə Atlanta Yay Paralimpiya Oyunlarına yola düşüblər. Ulu Öndərin dəyərli tövsiyələri hər zaman idmançılarımızı ruhlandıraraq Paralimpiya Oyunlarında qələbələrimizin əsasını qoyub.

“2000-ci il Sidney Yay Paralimpiya Oyunları ərəfəsində ümummilli lider Heydər Əliyevin idmançılarımızın Paralimpiya Oyunlarına yolasalma mərasimində iştirak etməsi, həmin ərəfədə Ulu Öndərin paralimpiyaçılarımız üçün Sumqayıtda yeni, beynəlxalq standartlara cavab verən Paralimpiya İdman Kompleksinin tikilməsi haqqında tapşırıq verməsi ölkəmizin idman həyatında müsbət dəyişikliklər və qələbələrə təkan verdi. Həmin dövrdən ölkədə Paralimpiya hərəkatı daha sürətli inkişaf yoluna qədəm qoydu. Bunun başlıca səbəbi, hazırda ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi oldu. Onun gəlişi ilə Azərbaycan idmanının fəth etdiyi zirvələr göz qabağındadır. Bu mənada paralimpiyaçıların da diqqətdən kənarda qalmaması, onlara diqqət və qayğının artması yarışlarda əldə edilən nəticələrin əyani göstəricisidir. Həmin vaxt AMPK prezidentinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi təşkilati məsələlərdə həmrəyliyin və birliyin nümunəsi oldu”, - deyə İ.Rəhimov əlavə edib.

Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Sumqayıtda inşa edilmiş Paralimpiya İdman Kompleksinin 2008-ci il avqustun 28-də açılış mərasiminin keçirildiyini diqqətə çatdıran İ.Rəhimov bildirib: “MDB məkanında ilk dəfə paralimpiyaçılar üçün belə bir kompleksin istifadəyə verilməsi ölkəmizdə Paralimpiya hərəkatının inkişafında yeni mərhələ açdı. Tədbirdə Azərbaycan Prezidenti, paralimpiyaçıların dostu İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdilər. Dövlət başçısı çıxışında demişdi: “Paralimpiyaçıların idmana olan sədaqəti və xüsusilə Azərbaycan paralimpiyaçılarının uğurları və beynəlxalq yarışlarda iştirakı böyük qəhrəmanlıqdır. Azərbaycan dövləti sizin bu səylərinizi çox yüksək qiymətləndirir və qiymətləndirməlidir. Məhz buna görə maksimum dərəcədə çalışırıq ki, sizin üçün lazımi şəraiti yaradaq. O cümlədən belə gözəl idman mərkəzinin tikintisi bunu bir daha sübut edir. Mən çox şadam ki, Azərbaycanda Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir və ümumiyyətlə, Paralimpiya oyunlarında iştirak edən idmançıların sayı artır. Bizim Paralimpiya oyunlarında nəticələrimiz hər dəfə daha da böyük olur. Azərbaycan dövləti paralimpiyaçıların mükafatlandırılması üçün lazımi tədbirlər görür və görəcəkdir. Bir də demək istəyirəm ki, paralimpiyaçılar, sözün əsl mənasında, fədakar insanlardır. Onlar zədələrdən, yaralardan, bəzən sağalmayan yaralardan əziyyət çəkirlər. Ancaq buna baxmayaraq, öz fədakarlığını göstərərək, idmanla məşğul olur, Azərbaycanı təbliğ edirlər. Beynəlxalq yarışlarda Azərbaycanın bayrağını qaldırırlar və Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirir. Azərbaycan dövləti də çalışır ki, əlindən gələni etsin ki, sizin şəraitiniz, həyatınız daha da yaxşı olsun”.

İ.Rəhimov vurğulayıb ki, paralimpiyaçılarımız ölkə başçısının qayğısını həmişə hiss edirlər. Beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanan idmançılarımız və onların məşqçiləri Prezidentin sərəncamlarına əsasən orden və medallarla təltif olunurlar. Paralimpiyaçılarımızın maddi rifahı, məişət şəraiti yaxşılaşdırılır. Ötən illər ərzində respublikamızda Paralimpiya hərəkatının əhatə dairəsi xeyli genişlənib. İndi paralimpiyaçılarımızın məşğul olduğu idman növlərinin sayı 18-ə çatdırılıb. 2013-cü ilin sentyabrında bu hərəkatın tarixində dünya miqyasında ilk dəfə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Təşkilatın əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqları idmana cəlb etməklə onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına nail olmaq kimi müəyyənləşdirilib. Belə bir üsulla seçmə komandalarımıza ehtiyat qüvvə hazırlanır. Artıq qürur hissə ilə vurğulaya bilərik ki, sonuncu Paralimpiya Oyunlarında uşaq paralimpiya hərəkatının iki yetirməsi iştirak edib, onlardan biri Paralimpiya çempionu adını qazanıb. Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri də ölkədə Paralimpiya hərəkatının inkişafına öz töhfələrini verirlər.

AMPK-nın beynəlxalq əlaqələrin genişləndirilməsinə, müxtəlif idman qurumları, Beynəlxalq Paralimpiya Komitəsi, habelə ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini diqqətə çatdıran İ.Rəhimov bildirib: “Paralimpiyaçılarımız, həmçinin Bakıda ilk Avropa Oyunları, eləcə də dördüncü İslam Həmrəyliyi Oyunlarında da ölkəmizi layiqincə təmsil ediblər. Hazırda komitənin nəzdindəki bölmələrdə yüzlərlə idmançı məşq edir. Onların sıralarının daha da genişləndirilməsi üçün işlər davam etdirilir. Eyni zamanda, yeni idman bölmələrinin açılması və inkişafı üçün də tədbirlər görülür. Vətən müharibəsində yaralanan əsgər və zabitlərin idmana cəlb edilməsi ilə bağlı fəaliyyət planı hazırlanıb. Həmin plan əsasında qazilərimiz Paralimpiya hərəkatına qoşularaq, döyüş zamanı Qarabağda ucaltdıqları şanlı bayrağımızı yarış meydanlarında da dalğalandıracaqlar”.

Paralimpiyaçılarımızın Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunlarındakı uğurlu çıxışına toxunan İ.Rəhimov qeyd edib ki, milli komandamız mötəbər yarışda 6 idman növü üzrə 34 idmançı ilə təmsil olunub. İdmançılarımız cüdo, atletika, pauerliftinq, güllə atıcılığı, üzgüçülük və parataekvando yarışlarında mübarizə aparıblar. Millimiz Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 1 gümüş, 4 bürünc) başa vurublar. Paralimpiadada 163 ölkə iştirak edib. Paralimpiya millimiz qızıl medalların əyarına görə iştirakçı ölkələr arasında 10-cu, Avropada 6-cı, müsəlman ölkələri arasında 1-ci və MDB ölkələri arasında 3-cü yerdə qərarlaşıb. Hazırda AMPK 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlaşır. Qarşımızda duran əsas məqsəd Tokioda əldə olunan nəticələrin qorunması və daha da yaxşılaşdırılmasıdır.

“Yarandığı gündən minlərlə fiziki məhdudiyyətli insanları öz ətrafına yığaraq qarşımıza qoyduğumuz hədəflərə doğru irəliləmişik. Bu gün biz artıq bir idman təşkilatı kimi yox, böyük bir Paralimpiya ailəsi olaraq tanınırıq. Bu gün bütün dünya Azərbaycan paralimpiyaçılarını tanıyır. Bütün bu uğurlara görə paralimpiyaçılarımız Azərbaycan Prezidentinə minnətdardırlar. Əminəm ki, ölkə başçısının, xalqımızın dəstəyini daima hiss edən yenilməzlər bundan sonra da hər birimizi sevindirəcəklər”, - deyə İ.Rəhimov əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib