Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib
Bakı, 8 yanvar, AZƏRTAC
Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib.
Azərbaycan Boks Federasiyasından (ABF) AZƏRTAC-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 74 komandanın 408 boksçusu qatılıb. Bu, ölkə çempionatlarında yeni rekorddur. Bunadək ən yaxşı göstərici ötən il 66 komandadan 326 idmançı olub.
Döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb.
Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov bildirib ki, bu, Olimpiya ili çərçivəsində ilk yerli yarışdır və “Paris-2024” Yay Olimpiya Oyunlarında boksçulara böyük ümidlər bəslənilir: “Azərbaycan birinciliyində yeni rekord vurulub, bu, çox sevindiricidir. Yarışların ədalətli keçirilməsi, regionlarda da infrastrukturun qurulmasının nəticələrini artıq görürük. Bundan sonra da həm Bakıda, həm də bölgələrdə boksun daha da inkişafı və kütləviləşməsi üçün ciddi addımlar atılacaq”.
Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.
Qeyd edək ki, birincilikdə qaliblərin adına yanvarın 14-də aydınlıq gələcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər. Yarışın baş hakimi Anar Babanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]