Yeniyetmə qılıncoynadanlar arasında keçirilən yarışa yekun vurulub
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Qılıncoynatma Federasiyasının Texniki Universitetin İdman Sarayında yerləşən zallarında şpaqa və sablya növləri üzrə 14 yaşadək qızlar və oğlanlar arasında yarış keçirilib.
Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sablya yarışında U-10 yaş kateqoriyasında Jasmin Vəliyeva, Səid Sultanlı, U-12-də Sevinc Ağazadə, Amin Rəsulzadə, U-14-də Züleyxa Sultanlı, Abbas Hüseynov, şpaqa yarışında isə U-10-da Səlimə Səfibəyova, Qadir Musayev, U-12-də Aydan Atakişiyeva, Bəhram Əliyev, U-14-də isə Nuray Qədirova və Mirxətai Məmmədov birinci yerləri tutublar.
Sonda qaliblər diplom və medallarla təltif olunublar.