Yens Stoltenberq: NATO Ukraynaya tam dəstəyini davam etdirəcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Şimali Atlantika Alyansı Ukraynaya tam dəstəyini davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna üzrə kontakt qrupunun alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində iclasından öncə Prezident Volodimir Zelenski ilə birgə brifinqdə deyib.
“Sizin müharibə bizim müharibəmiz, sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimiz, sizin dəyərləriniz bizim dəyərlərimizdir”, - deyə NATO-nun Baş katibi bildirib.
“Bu gün NATO ölkələrinin müdafiə nazirlərinin iclası baş tutacaq və sabah biz Ukraynaya daha çox dəstək səfərbər etmək üçün koordinasiya qrupu çərçivəsində görüşəcəyik. münasibətlərimizi gücləndirmək və Kiyevə yardım etmək üçün NATO-Ukrayna Şurasının görüşünü keçirəcəyik”, - deyə Yens Stoltenberq əlavə edib.
Jurnalistlərin suallarına cavab verən NATO rəhbərinin sözlərinə görə, Ukraynaya hərbi tədarüklərin əsas prioriteti hava hücumundan müdafiə sistemləri, artilleriya və sursat olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [21:17]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]