YEVLAX ŞƏHƏRİNİN SU TƏCHİZATI YAXŞILAŞDIRILIR
Yevlax şəhərində içməli su təchizatının yenidən qurulması proqramının həyata keçirilməsinə başlanılmışdır.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə xüsusi layihə hazırlanmışdır. Layihəyə görə, şəhərin bir çox küçələrinə, yaşayış massivlərinə yeni su xətləri çəkiləcəkdir. Kanalizasiya sistemi də yenidən qurulacaqdır. Bu işlərin görülməsi üçün 300 min ABŞ dolları xərclənəcəkdir.