YEVLAXDA ÇƏLTİK YIĞIMI BAŞA ÇATMIŞDIR
Yevlax, 8 oktyabr (AZƏRTAC). Taxıl istehsalçılarına, o cümlədən çəltikçiliklə məşğul olan fermerlərə hər hektara görə 80 manat subsidiyanın verilməsi bu sahəyə marağı artırmışdır. Tarixən taxılçılıq və pambıqçılıq rayonu kimi tanınan Yevlaxda fermerlər bu il 20 hektar sahədə çəltik əkib becərmişlər. Çəltik rayonun əsasən Xaldan kəndi ərazisində becərilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin aqrar şöbəsindən bildirmişlər ki, rayonda çəltik yığımı başa çatmışdır. Sahələrdən 64 ton çəltik yığılmış, hər hektardan 31,8 sentner məhsul götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]