Yevlaxda “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir
Yevlax, 21 aprel, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Hər bir canlının yuvaya ehtiyacı var” adlı ekoloji aksiya keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsas məqsədi insanların ətraf mühitə sevgi və qayğı hisslərinin yüksəldilməsi olan aksiya çərçivəsində ilkin olaraq Yevlax şəhərindəki Heydər Əliyev prospektində, Heydər Əliyev və Dədə Qorqud parklarındakı ağaclara quş yuvaları və yem qabları asılıb, yem qablarına dən tökülüb. Könüllülər tərəfindən bu yem qabları mütəmadi olaraq nəzarətdə saxlanılacaq. Bu da həm zərərverici həşəratlarla mübarizədə mühüm rol oynayan quş növlərinin sayının artırılmasına və məktəblilərə təbiətə sevgi aşılanmasına kömək olacaq.
Gələcəkdə aksiyanın daha da genişləndirilməsi nəzərdə tutulub.