Yevlaxda növbəti ağacəkmə aksiyası keçirilib
Yevlax, 25 oktyabr, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yevlax rayonunda ağacəkmə aksiyaları davam etdirilir. Növbəti aksiya Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi magistral avtomobil yolunun və Yevlax-Bərdə avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissələrində, yolların kənarında keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı yerli iqlim şəraitinə uyğun olan kiparis, sərv, Eldar şamı növlərinə aid ağaclar əkilib. Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların qorunması və suvarılması ilə bağlı tədbirlər görülüb.