YEVLAXDA YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ AYLIĞI UĞURLA HƏYATA KEÇİRİLMİŞDİR
Polis şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayonda nəqliyyat vasitələrin sərxoş halda idarə edilməsinin qarşısını almaq məqsədilə xüsusi reydlər keçirilmiş, idarə və müəssisələrdə, orta məktəblərdə aylıqla bağlı söhbətlər təşkil olunmuşdur. Reydlər zamanı yol hərəkəti qaydasını pozan 394, nəqliyyat vasitəsini sərxoş halda sürən 110, yol polisinə tabe olmayan 33, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edən 60 sürücü aşkar edilmiş və onların haqqında müxtəlif inzibati cəza tədbirləri görülmüşdür.