YOL HƏRƏKƏTİ QAYDALARINI POZANLARA QARŞICİDDİ MÜBARİZƏ APARILIR
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, respublika ərazisində “Yüksək sürət təhlükə törədir” devizi altında fevralın 10-dan martın 10-dək keçirilən təhlükəsizlik aylığı çərçivəsində paytaxtda yol hərəkəti qaydalarını pozanlara qarşı ciddi mübarizə davam etdirilir. Məqsəd avtomaşını yüksək sürətlə idarə edən sürücüləri müəyyənləşdirib məsuliyyətə cəlb etmək, təbliğat işini gücləndirməklə yol qəza hadisələrinin, insanlara, eləcə də yollara, qurğulara, əmlaklara dəyən maddi, fiziki və mənəvi zərərin qarşısını almaq, ictimaiyyəti bu istiqamətdə maarifləndirməkdir.
Aparılan təhlillər göstərir ki, ötən il Bakı şəhərində baş vermiş ümumi yol qəza hadisələrinin 851-i (51,1 faizi), ölənlərin 265-i, yaralıların isə 795-i avtomaşınların yüksək sürətlə idarə edilməsi nəticəsində baş vermişdir.