YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏ NƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin Heydər Əliyev prospektində Yusif Ələkbərov “VAZ-2121” markalı avtomaşınla Tamam Rzayevanı vurmuşdur. Nəticədə, piyada xəstəxanaya aparılarkən yolda keçinmişdir.
Hacıqabul rayonunun Nəvai kəndi ərazisində isə Qaraoğlan Xankişiyevin idarə etdiyi “MAZ” markalı və Türkiyə vətəndaşı Yakur İbrahimə məxsus “Mercedes” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə, xəsarətlə xəstəxanaya yerləşdirilmiş Q.Xankişiyevin həyatını xilas etmək mümkün olmamışdır.
Hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.