YOL-NƏQLİYYAT QƏZALARI ÖLÜMLƏNƏTİCƏLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, Saray qəsəbəsinin sakini Rahil Əliyev “VAZ-2107” markalı avtomaşınla Sumqayıt şəhərinin Koroğlu küçəsində şəhər sakini Şahzadə Məmmədovanı və bacısı Aytacı vurmuşdur. Yaralılar xəstəxanaya çatdırılsa da, Şahzadənin həyatını xilas etmək mümkün olmamışdır. Aytacın vəziyyəti isə orta-ağırdır.
Xətai rayonunun Y.Səfərov küçəsində isə Türkiyə vətəndaşı Mehmet Avar Çölün idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Samir Kərimova məxsus “VAZ-2107” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər iki sürücü xəstəxanaya yerləşdirilmişdir. Lakin Samir Kərimovun həyatını xilas etmək mümkün olmamışdır.
Faktlarla bağlı cinayət işləri açılmışdır.