Yol polisi Mingəçevir və Balakəndə qadın sürücüləri təbrik edib
Mingəçevir-Balakən, 8 mart, Mustafa Dadaşov, AZƏRTAC
Mingəçevir və Balakəndə yol polisi əməkdaşları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xanım sürücüləri təbrik ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbiinə verilən məlumata görə, polis əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb, sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül təqdim edib və onlara Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.