YOLLARIN QARDAN TƏMİZLƏNMƏSİ ÜÇÜN CİDDİ TƏDBİRLƏR GÖRÜLÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin ən böyük şəhəri olan və sərt qışla rastlaşan İstanbulda güclü külək və aramsız qar yağması, ilk növbədə, nəqliyyatın işinə mənfi təsir göstərmişdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin baş katibinin müavini Məsud Pektaş indiyədək görülən tədbirlərin qənaətbəxş olmadığını nəzərə çarpdırmışdır. Bu günə qədər bələdiyyə şəhərin magistrallarını qardan təmizləmək üçün sənaye duzundan istifadə edirdi. Bu isə gözlənilən nəticəni vermir, qar əriyəndən sonra asfalt örtüyə xeyli zərər dəyir. Bunun üçün qarla mübarizədə daha təcrübəli olan Moskva şəhər bələdiyyəsinin fəaliyyətini öyrənmək niyyətindəyik. İki bələdiyyə arasında müvafiq danışıqlar başlanmışdır. Bundan sonra yolların təmizlənməsi üçün yalnız sənaye duzundan deyil, digər kimyəvi maddələrdən də istifadə olunacaq, müvafiq texniki avadanlıq alınacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]