YÜKSƏK REPRODUKSİYALI TOXUM TƏDARÜK EDİLİR
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, indi qarşıdakı payız əkini kampaniyasına ciddi hazırlıq görülür. Taxılçılıqla məşğul olan fermerlərin və fiziki şəxslərin bu mövsümdə 16,5 min hektarda səpin keçirəcəkləri gözlənilir. Hazırda əsas diqqət keyfiyyətli şum aparmaqla yanaşı, həm də yüksək reproduksiyalı toxum tədarük olunmasına yönəldilmişdir. Rayonda fəaliyyət göstərən 5 özəl toxumçuluq təsərrüfatı, habelə mütəxəssislər bu sahədə ciddi səylər göstərirlər. Hələlik Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Təcrübə təsərrüfatından 32 ton super elit və elit reproduksiyalı toxum gətirilmişdir. Həmçinin, Rusiya Federasiyasının Stavropol diyarından 60 ton elit reproduksiyalı “Spartanka” buğda toxumu alınmışdır. Şum altına vermək üçün Ukraynadan kifayət qədər superfosfat gübrəsi də gətirilmişdir. İstər toxum, istərsə də gübrə torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə paylanacaqdır.
Qarşıdakı mövsümdə rayonun Qarayazı, Potu, Çərəkə, Mırtı, Yalman, Qaraxıdır kəndləri ərazilərində 150 hektarda toxumluq əkin aparılacaqdır. Bu cür sahələrdə şum aparılması, səpin və becərmə tədbirləri mütəxəssislərin nəzarəti altında həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:41]
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb
- 16.10.2026 [14:37]
Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]