Yüksəksəviyyəli qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın genişlənməsinə xidmət edir
Tbilisi, 19 oktyabr, AZƏRTAC
Azərbaycan və Gürcüstan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər siyasi dialoqun dinamik inkişafını və ikitərəfli əməkdaşlığın genişləndiyini nümayiş etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masada bildirib.
Onun sözlərinə görə, dövlət və hökumət başçıları, parlament sədrləri səviyyəsində qarşılıqlı təmaslar iki ölkə arasında siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir.
Səfir qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu mexanizm qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və yeni əməkdaşlıq imkanlarının reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Faiq Quliyev Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının formalaşmasında tarixi sənədlərin rolunu da vurğulayıb. O xatırladıb ki, 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin əsasını təşkil edən sənədlər imzalanıb, 1997-ci ildə isə iki ölkə arasında strateji tərəfdaşlığa dair sənəd qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [18:50]
Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib
- 27.10.2026 [20:20]