Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışını davam etdirirlər
Bakı, 7 iyun, AZƏRTAC
Yunan-Roma güləşçilərimiz Macarıstanda təlim-məşq toplanışını davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Olimpiadaya lisenziya qazanan Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında yerli komanda ilə birgə "Tokio-2020" Yay Olimpiya Oyunlarına hazırlığı intensiv şəkildə davam etdirirlər.
Mayın 25-dən bu ölkədə təlim-məşq toplanışa start verən pəhləvanlarımız həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra hər iki güləşçimiz Polşanın paytaxtı Varşavada baş tutacaq (8-13 iyun) reytinq xarakterli beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]