Yunanıstan hökuməti sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib
Bakı, 14 may, AZƏRTAC
Yunanıstan hökuməti çərşənbə günü səhər Kasos və Krit adaları arasındakı dəniz bölgəsində baş verən 6 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edib.
AZƏRTAC Yunanıstanın ictimai televiziyası ERT-yə istinadla xəbər verir ki, bu ölkənin fövqəladə hallar orqanları Rodos, Karpatos və Kasos sakinlərinə göndərdiyi müraciətdə hər üç adanın sakinlərindən sahildən dərhal uzaqlaşmağı və yerli hakimiyyətin göstərişlərinə əməl etməyi xahiş edib.
Afina Geodinamik İnstitutunun məlumatına görə, zəlzələ Kasosdan 19 kilometr cənub-cənub-qərbdə, 62,5 kilometr dərinlikdə baş verib və Krit və Rodos adalarında daha çox hiss olunub.
Yunanıstanın Seysmik Planlaşdırma və Mühafizə Təşkilatının prezidenti Eftimios Lekkasın sözlərinə görə, yeraltı təkanların dərinliyi əvvəlki böyük seysmik və güclü postseysmik ardıcıllığı istisna edir, ona görə də o, daha şiddətli zəlzələnin xəbərçisi deyil. O əlavə edib ki, bundan sonra yeraltı təkanların baş verəcəyi gözlənilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]