YUNANISTAN PREZİDENTİ KAROLOS PAPULYASIN ÇIXIŞI
- Cənab Azərbaycan Respublikasının Prezidenti!
Cənab Baş nazir!
Xanımlar və cənablar, nazirlər, hörmətli Afina Sənaye və Ticarət Palatasının prezidenti!
Əziz dostlar!
Bu gün Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevi, onun xanımını və Azərbaycan nümayəndə heyətini Yunanıstanda salamlamaqdan olduqca məmnunam. Bu səfər uğurlu olmuşdur və səfər çərçivəsində bir çox sazişlər imzalanmışdır. Hesab edirəm ki, bunlar ölkələrimiz arasında münasibətlərin gələcəkdə daha dinamik inkişafına imkan yaradacaqdır. Bildirirəm ki, bu sazişlər iqtisadi, siyasi və mədəni sahədə əməkdaşlığımızı daha da artıracaqdır. Bu gün Azərbaycandan gəlmiş işgüzar dairələrin burada olmasının xüsusi əhəmiyyəti vardır.
Cənab Prezident!
Xanımlar və cənablar!
Bu gün bizim əməkdaşlığımız xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda bütün dünyada böhran var və ölkələrimizin iqtisadi əməkdaşlıq perspektivləri olduqca böyükdür.
Mən Sizin Yunanıstana səfəriniz çərçivəsində yunan şirkətlərinə edilmiş dəvətdən çox şad oldum. Hesab edirəm ki, Azərbaycanla enerji sektorundakı apardığımız əməkdaşlıq digər sahələrdə də əlaqələrə zəmin yaradacaqdır. Bunun böyük perspektivləri var. Beləliklə, biz çox istəyirik ki, artıq mövcud olan əməkdaşlıq genişlənsin. Yunanıstan tərəfi texnologiyalarla bölüşə və birgə tədbirlər həyata keçirə bilər. Turizmdə və digər sahələrdə bir çox yeniliklər gətirə bilər. Bizim elmi potensialımız və bu sahədə təcrübəmiz var.
Siz məni səfəriniz çərçivəsində Azərbaycana dəvət etdiniz. Bildirmək istəyirəm ki, mən bu dəvəti qəbul etməkdən çox məmnun oldum.
Təşəkkür edirəm.
######
