Yunanıstanda anomal istilər səbəbindən Akropol bağlanıb
Bakı, 13 iyun, AZƏRTAC
Yunanıstanda anomal istilər səbəbindən məktəblərdə məşğələlər dayandırılıb və Afina Akropolu bağlanıb.
AZƏRTAC xəbər verir ki, Yunanıstanın hakimiyyət orqanları müəssisələrə işçiləri məsafədən iş rejiminə keçirməyi tövsiyə edib. Həmçinin anomal istilər səbəbindən tibbi işçiləri səfərbər olunub.
Şimali Afrikadan gələn isti hava kütlələri və tozlu küləklər səbəbindən Yunanıstanın bəzi rayonlarında temperaturun 43 dərəcəyə çatacağı gözlənilir. Hazırkı dalğa bu il ölkə ərazisində qeydə alınan ilk anormal istilərdir. Əvvəllər bu cür istilər yayın ortalarında baş verirdi və iyunun 15-dən əvvəl heç vaxt müşahidə olunmurdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]