Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yunanıstanda “Azərbaycan yunanları” kitabı işıq üzü görüb

Afina, 10 mart, AZƏRTAC

Yunanıstanda Yaxın və Orta Şərq ölkələri tarixi üzrə mütəxəssis, tarix elmlər doktoru, şərqşünas Sokratis Angelidisin “Azərbaycan yunanları” sərlövhəli kitabı yunan dilində nəşr olunub. Qeyd edək ki, Azərbaycan xalqının tarixi, dövlətçiliyinin təşəkkülü, əhalinin etnik-milli tərkibi və Azərbaycanda yaşayan yunanların həyatı tərzi, mədəniyyəti və tarixi proseslərdə iştirakı ilə bağlı faktları özündə əks etdirən tədqiqat əsəri Yunanıstanda bəhs olunan mövzuda nəşr olunmuş ilk kitab hesab olunur.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan xalqının təşəkkül tarixi, onların yaşadığı regionun xüsusiyyətləri, müxtəlif etnik qrupların yayılma arealı və onların milli xüsusiyyətləri, müxtəlif dil qrupuna aid etnosların tarixi miqrasiya prosesindəki iştirakı ilə bağlı, o cümlədən xalqımızın zəngin dövlətçilik ənənələri barədə məlumat verilib. Kitabda Azərbaycan torpağında bir sıra dövlətlərin formalaşdığını, Azərbaycan xalqının müxtəlif dövrlərdə işğala məruz qaldığı barədə məlumat verilməklə yanaşı, müxtəlif dövrlərdə dünyanın müxtəlif regionlarında ksenofobiya kimi irqi ayrı-seçkiliyin artdığı bir dövrdə, Azərbaycanda dinlərarası dialoqun və tolerantlığın özünəməxsus modelinin yaradıldığı, Azərbaycanın müasir dünyaya nümunə olacağı bildirilib.

Kitabda Rusiya ilə İran arasında 1804-1813 və 1826-1828-ci illərdə baş vermiş müharibədən sonra indiki Azərbaycan ərazisinə xristian azlığı olan ermənilərlə yanaşı, İranın Urmiya ərazisində yaşayan yunanların da köçürüldüyü, Kür və Araz çayı arasında məskunlaşdırıldığı, onların Azərbaycan xalqı ilə birgə yaşayış tərzi, məşğuliyyəti və mədəni fəaliyyəti barədə geniş məlumat verilib. Regiondakı etnik mənzərənin yaradılması ilə bağlı oxuculara təqdim olunan statistik göstəricilər çar və sovet Rusiyasının dövlət orqanları tərəfindən tərtib olunmuş demoqrafiq arayışların təqdim etdiyi hesabatlar əsasında verilmişdir. Kitabda çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ dövründə yunanların fəaliyyəti, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yunanların qarşılaşdıqları çətinliklər, 30-cu ilin repressiya qurbanları haqqında danışılmış və onların böyük əksəriyyətinin Gürcüstanın Batumi limanı vasitəsilə ölkəni tərk edərək ana vətənləri Yunanıstana köç etdikləri, ölkənin şimalında yerləşən Veriya və Florina ərazisində məskunlaşdıqları bildirilib. Müəllif, həmçinin 2008-2010-cu illər ərzində Mehmana kəndindən olan azərbaycanlı yunan ailələrinin məskunlaşdığı bölgələri gəzdiyini, onların əsasən Veriya və Florina şəhərlərində, onun ətraf kəndlərində məskunlaşdığını bildirib. O bu ərazilərdə günlərlə qaldığını, onlarla ünsiyyət yaratdığını və yunanların Azərbaycan xalqı ilə bağlı xoş təəssüratlarını qeyd edib. Sakinlər deyiblər: “Biz heç vaxt Qarabağı və dost Azərbaycan xalqını tərk etmək fikrində olmamışıq. Amma 1990-1992-ci illərdəki siyasi qeyri-sabitlik bizi sevimli kəndimiz Mehmanadan həmişəlik tərk etməyə məcbur etdi. Görün hörmət etdiyimiz Azərbaycan xalqının dilində necə danışırıq”. Azərbaycandan olan qaçqınlar mahnıları göz yaşları ilə oxuduqlarını, sevgidən və unudulmaz keçmiş həyatlarından danışıblar. Onlar, həmçinin Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyətin sabitləşdiyini, müstəqil Azərbaycan cəmiyyətinin demokratikləşməsi şəraitində milli azlıqların diasporlarının fəallaşdığını, icmaların yaradılmasının mümkün olduğunu bildiriblər.

Kitabda Florina şəhərindəki qaçqın ailənin yunan dilində Mehmana kəndi haqqında mahnı yazdığı barədə də məlumat verilib. Yunanlar təkcə Azərbaycanın Qarabağ bölgəsində deyil, Gəncə, Sabirabad, Şamaxı və Naxçıvan bölgəsində də yaşamışlar. Hazırda, Azərbaycanda 200-ə yaxın yunan ailəsinin yaşadığını, onların böyük əksəriyyətinin respublikanın paytaxtı ilə yanaşı, Sumqayıt, Quba, Xaçmaz, Qax və Gəncə şəhərlərində yaşadıqları bildirilib. Yunanların Azərbaycanın dağ-mədən sənayesinin inkişafındakı əməyi, Azərbaycanın Armutluk kəndinin - Karataş, Mehmana, Şamaxı və Barabatum mədənlərinin yunan mədənçiləri tərəfindən salınması barədə də məlumat verilib. Onların yaşadıqları bölgədə dini ibadət kompleksləri yaratdıqlarını, 1850-ci ildə Şamaxı yunanlarının pravoslav kilsələrini qurduqlarını və bu daş məbədin Müqəddəs Nikolayın adı ilə fəaliyyət göstərdiyini və həmin mədəni-dini komplekslərin 1928-ci ilə kimi fəaliyyət göstərdiyini bildiriblər.

Qeyd olunub ki, Azərbaycanda dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan özünün multikulturalizm modelini dünyaya təqdim edib. 2014-cü il fevralın 28-də Azərbaycan millətlərarası, dinlərarası və multikulturalizm məsələləri üzrə dövlət institutu, 2014-cü il mayın 15-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı barədə məlumat verilib. Eyni zamanda, 2008-ci ildən etibarən iki ildən bir Bakıda tolerantlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi, ayrı-seçkilik, ekstremizm və ksenofobiya ilə mübarizəyə yönəlmiş beynəlxalq səylərin əlaqələndirilməsi platforması olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi diqqətə çatdırılıb. Həmçinin Heydər Əliyev Fondunun fəaliyyətinin respublikada multikulturalizmin və tolerantlığın inkişafına böyük töhfə verdiyi bildirilib, Fondun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində həm Azərbaycanda, həm də xaricdə bir çox məscidlərin, kilsələrin, məbədlərin yenidən qurulması və ya bərpa olunması barədə məlumat verilib.

Azərbaycan xalqının çoxəsrlik tarixi keçmişi, etnik siyasi mənzərəsi və burada yaşayan etnik qrup və xalqların nümayəndələri ilə Azərbaycan xalqı arasındakı xoş münasibətdən, xalqımızın müsbət keyfiyyətlərindən bəhs edən kitab Yunanıstanın elmi, siyasi, humanitar və ictimai dairələrində geniş şəkildə tanıtdırılacaq, eyni zamanda, ictimaiyyətin məlumatlandırılması məqsədilə ölkədə fəaliyyət göstərən kitab mağazalarında da satışı təşkil ediləcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq