Yunanıstanlı diplomatlar Azərbaycanın dəstəyi ilə İrandan təxliyə olunublar



Astara, 24 iyun, İlkin Adıyev, AZƏRTAC
“Astara” dövlət sərhədinin buraxılış məntəqəsində xarici ölkə vətəndaşlarının təxliyəsi uğurla davam edir. Son təxliyə əməliyyatlarında Yunanıstanın İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları da yer alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhlükəsizlik tədbirlərinin tam şəkildə təmin olunduğu təxliyə prosesi əvvəlcədən razılaşdırılmış beynəlxalq prosedur və qaydalara uyğun şəkildə həyata keçirilib. Yunanıstanlı diplomatlar “Astara” dövlət sərhədinin buraxılış məntəqəsində Azərbaycan tərəfindən nəzakətlə qarşılanıb, onların sənədləri yoxlanılıb, ilkin tibbi nəzarət aparılıb və daha sonra xüsusi nəqliyyat vasitələri ilə Bakı şəhəri istiqamətində yola salınıblar.
Qeyd edək ki, Azərbaycan son günlərdə bir sıra ölkələrin vətəndaşları və diplomatik nümayəndələrinin İrandan təhlükəsiz təxliyəsini təmin etməklə beynəlxalq ictimaiyyətin etimadını bir daha qazanıb. Bu proses Azərbaycanın humanitar prinsiplərə sadiqliyini və regional sabitliyə verdiyi töhfəni nümayiş etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.07.2025 [21:47]
Şəkidə iritonnajlı avtomobildə baş verən yanğın söndürülüb
- 08.07.2025 [21:11]
Qarabağ suvarma kanalında kişi meyiti aşkarlanıb
- 08.07.2025 [19:51]
Şamaxıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib
- 08.07.2025 [17:10]
Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 11,1 faiz artıb
- 08.07.2025 [16:58]
AMEA Naxçıvan Bölməsində Azərbaycan mətbuatının 150 illiyi qeyd olunub
- 08.07.2025 [16:13]
KOBİA-nın təşkilatçılığı ilə Neftçala sahibkarları ilə görüş keçirilib
- 08.07.2025 [16:02]