Yuri Uşakov: Vladimir Putin ilin sonunadək İran-Rusiya-Azərbaycan görüşündə iştirak edəcək
Moskva, 12 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin, planlaşdırıldığı kimi, ilin sonunadək İrana səfər edəcək, orada keçiriləcək İran-Rusiya-Azərbaycan formatında üçtərəfli görüşdə iştirak edəcək.
AZƏRTAC TASS Agentliyinə istinadla bildirir ki, bu barədə Rusiya dövləti başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə məlumat verib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva