Yusif Vəliyev: Süni intellekt Gənclər Fondunun əsas prioritetlərindən biridir
Bakı, 9 iyul, AZƏRTAC
Süni intellekt sahəsi Gənclər Fondu üçün əsas prioritet istiqamətlərdən birinə çevrilib. Bu gün qalib seçilən 25 gənc bu proqram çərçivəsində yalnız yeni bilik və bacarıqlar əldə etməyəcək, eyni zamanda, bir-biri ilə peşəkar əlaqələr qurmaq və şəbəkələşmək imkanı qazanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev Fondun və “Bakcell”in birgə təşkilatçılığı ilə həyata keçirilən "İnnovasiya və Süni İntellekt" üzrə Təqaüd Proqramı çərçivəsində qaliblərlə keçirilən görüşdə səsləndirib.
“Gənclər şəbəkələşmə ilə yanaşı, yeni təcrübə və bacarıqlar da qazanacaqlar. Siz 1851 müraciətçi arasından seçilmisiniz. Bu, artıq bilik və bacarıqlarınız, eləcə də öz üzərinizdə çalışmaq əzminiz sayəsində əldə etdiyiniz mühüm uğurdur. Əminəm ki, proqramı uğurla başa vurduqdan sonra həm peşə fəaliyyətinizdə, həm də karyera inkişafınızda onun müsbət təsirini aydın şəkildə hiss edəcəksiniz", – deyə Y.Vəliyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]