Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yusif Vəzir Çəmənzəminlinin Osmanlı dövrü fəaliyyəti

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı, publisist, son dərəcə mürəkkəb və ziddiyyətli həyat yolu keçmiş Yusif Vəzir Çəmənzəminli taleyin hökmü ilə ölkədən-ölkəyə, şəhərdən-şəhərə atılıb, yüksəlişin bütün sevincini, enişin əzab və məşəqqətlərini yaşamaqla ömür yolunu faciələr içində başa vurub. Bununla yanaşı, onun öz xalqına ərməğan etdiyi əsərlər və Azərbaycanın müstəqilliyi, o cümlədən Şərqin ilk demokratik dövlətinin qurulması uğrunda apardığı mübarizə Y.V.Çəmənzəminlinin adını millətinin qəlbinə əbədi yazıb. “Məqsədimiz, amalımız Azərbaycandır”, - deyə mücadiləyə qoşulan, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk diplomatlarından olan Y.V.Çəmənzəminli xüsusən İstanbuldakı elçiliyin rəhbəri kimi tarixə düşüb.

Bu fikirlər Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzovun Y.V.Çəmənzəminlinin AXC dövründəki diplomatik fəaliyyəti barədə AZƏRTAC-a təqdim etdiyi yazısında yer alıb.

Müəllif qeyd edir ki, ümumiyyətlə, soy-kökü diplomatik fəaliyyətlə bağlı olan Y.V.Çəmənzəminliyə miras qalan “Vəzirov” soyadı ulu babası - XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsi ilə əlaqədardır. Mirzə Əliməmmədağa “Vəzirov” soyadını daşıyanların və Yusif Vəzirin atası Məşədi Mirbaba nəslinin ulu babasıdır. Y.V.Çəmənzəminli bir yazısında bunu “Əliməmmədağa nəslimizin cəddidir”, - deyə təsdiqləyib. İbrahim xan Mirzə Əliməmmədağanın xarici siyasətdən yaxşı baş açdığını görüb onu Osmanlı imperiyasına səfir təyin edib. Lakin 1797-ci ilin iyununda İran hökmdarı Ağaməmməd şah Qacarın Şuşanı zəbt etməsi bu niyyətin baş tutmasına mane olub. Həmin vaxt Mirzə Əliməmmədağa həbs edilərək qətlə yetirilib və Türkiyədə səfir kimi fəaliyyət göstərmək ona qismət olmayıb. Y.V.Çəmənzəminli “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərində bu barədə yazır: “...İran şahı Qarabağın paytaхtı Şuşanı zəbt еtdikdə Vaqifi, оğlu Əliağanı və Türkiyəyə səfir təyin оlunan Mirzə Əliməmmədağanı dustaq еdir. Həbsdəkilərin növbə ilə öldürülməsinə əmr vеrir. Mirzə Əliməmmədağa qətl оlunur, ancaq nobət Vaqif ilə оğluna gəlməzdən əvvəl Ağaməhəmməd şah öldürülür”.

Amma taleyin hökmü ilə uzun illərdən sonra Türkiyədə səfir kimi fəaliyyət göstərmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. Onun İstanbul elçiliyinə göndərilməsi təsadüfi olmayıb. Əvvəllər Y.V.Çəmənzəminli Ukraynada bu sahədə fəaliyyət göstərib müəyyən təcrübə əldə etmişdi. Onun diplomatik missiyasını daha düzgün qiymətləndirmək üçün Y.V.Çəmənzəminlinin Osmanlıya göndərilən dövrədək Rusiya və Ukraynadakı fəaliyyəti üzərində bir qədər dayanmaq lazım gəlir. Belə ki, 1917-ci il fevral inqilabı baş verən zaman Qalitsiyada olan Y.V.Çəmənzəminli Ukraynada cərəyan edən hadisələri yaxından izləyə bilir. Bundan dərhal sonra Qalitsiyadan Kiyevə gələn Y.V.Çəmənzəminli burada azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə Firqəsini (Müsavat) yaradır və ona başçılıq edir. Bu zaman Ukrayna milli hərəkat rəhbərləri “Хalqlar qurultayı” çağırmaq məqsədilə “Хalqlar şurası” siyasi təşkilatını yaradırlar. Şura ayda iki dəfə “Svоbоdnıy sоyuz (Azad ittifaq)” adlı jurnal buraхır. Y.V.Çəmənzəminli də həmin jurnalda Azərbaycan haqqında məqalələr çap еtdirirdi. 1918-ci ilin mayından 1919-cu ilin fеvralınadək Krımda оlan Y.V.Çəmənzəminli burada milli hərəkatın, o cümlədən türkçülüyün güclənməsinə kömək etməyə çalışırdı. O, 1919-cu ildə Azərbaycan hökuməti tərəfindən Ukraynaya səfir təyin еdilir, lakin təsdiq haqqında sənədi ala bilmir. Bununla əlaqədar Y.V.Çəmənzəminli 1919-cu il fеvralın 3-də AXC-nin Хarici İşlər Nazirliyinə məktub göndərir. Məktubda deyilir: “15 gün bundan əvvəl hökumətimizin diplоmatik nümayəndəsi təyin еdildiyimi bildim. Bu barədə хəbəri mənə Simfеrоpоla gələn Kiyеvdəki Azərbaycan Kоlоniyasının еlçisi çatdırdı. Təəssüf ki, bu barədə hökumətimiz tərəfindən göndərilən rəsmi sənədi indiyədək ala bilməmişəm”. Həmin vaхt Ukrayna Milli Hərəkat qüvvələri Kiyеv ətrafında bоlşеviklərlə döyüşdüyündən, Y.V.Çəmənzəminli həmin şəhərə gedib işə başlaya bilməyib. Bоlşеviklər Kiyеvi tutduqdan sonra, yəni 1919-cu ilin yazında Y.V.Çəmənzəminli Bakıya qayıdıb. Bu vaхtadək ədəbi-publisistik və ictimai-siyasi fəaliyyəti ilə şöhrət qazanmış Y.V.Çəmənzəminli Türkiyəyə səfir təyin еdilir. İstanbula yоla düşmək ərəfəsində Azərbaycan parlamentində çıxış edən Y.V.Çəmənzəminlinin fəaliyyəti yüksək qiymətləndirilir. O, İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı, ədəbi fəaliyyətini də davam etdirib, Azərbaycanı və ədəbiyyatımızı türk aləmində tanıtmaq üçün “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi Azərbaycan” kitablarını çap etdirib. Hər iki kitab 1921-ci ildə İstanbulda işıq üzü görüb. Y.V.Çəmənzəminlinin yaradıcılığının tədqiqatçısı Tofiq Hüseynoğlu bu dövrdə türkologiyada “azəroloji” xəttin yaranmağa başladığını vurğulayır: “Y.V.Çəmənzəminli bu dövrdə gеniş türkоlоgiyada “azəroloji” bir sahə yaradılması barədə düşünürdü. О, bütün yaradıcılığı ilə ardıcıl azərbaycançılıq idеyasını izləyir və həyata kеçirməyə çalışırdı”. Y.V.Çəmənzəminlinin səfir təyin olunması barədə geniş tədqiqat aparmış “Cümhuriyyətin Osmanlı səfirliyi” məqaləsinin müəllifi, tədqiqatçı Dilqəm Əhməd həmin hadisələri belə xarakterizə edir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra qarşıda iki vəzifə dayanırdı: Cümhuriyyətin əsl paytaxtı olan Bakını işğalçılardan azad etmək; gənc dövləti Qərb dünyasında tanıtmaq... Cümhuriyyətin tanıdılması, dövlətin müstəqil mövcud olması üçün digər şərtlərdən biri də qonşu dövlətlərdə səfirliklərin açılması idi. Bu ölkələrdən ən önəmlisi isə son günlərini yaşayan Osmanlı idi”.

İstanbulun AXC üçün böyük əhəmiyyətə malik olduğunu başa düşən Y.V.Çəmənzəminli “Xarici siyasətimiz” sərlövhəli məqaləsində yazırdı:“... Aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü... hamısı burada... İstanbulda yapılan gurultular Parisə çatıb təsirsiz ötüşmür”. Y.V.Çəmənzəminliyə görə, həm də İstanbul Bakı mədənlərinin məhsulları üçün yeganə xarici bazarı idi. Çünki Rusiyadakı böhran neftin Şimala gedən qapısını bağlamışdı. İstanbula göndərilən neft isə orada nümayəndələr olmadığına görə heç bir xeyir verməmişdi. Həmin hadisəni Y.V.Çəmənzəminli bu cür dəyərləndirib: “Azərbaycan tüccarları birinci dəfə İstanbula neft gətirdilər, zərər gördülər. Səbəb budur ki, məhəlli rumlar toplanıb sindikat yapdılar və Bakı neftinin qiymətini saldılar… Halbuki İstanbulda səfarətimiz, konsulumuz olsa, məhəlli Azərbaycan tüccarlarından təşkilat yapıb rum sindikatının qabağına çıxa bilərdi… Bizim üçün neftimizin İstanbul bazarında asanlıqla müştəri tapması birinci dövləti məsələdir”. Y.V.Çəmənzəminli səfir təyin olmazdan əvvəl AXC ilə Osmanlı arasında bəzi təmaslar yaranmışdı. 1918-ci ilin iyununda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski İstanbula səfər etmişdilər. Onlara Osmanlı dövləti ilə hərbi, iqtisadi, nəqliyyat və maliyyə sahələri üzrə müqavilələr bağlamaq üçün etimadnamə verilmişdi. İyunun 24-də İstanbula çatan Azərbaycan nümayəndələri Osmanlı hökumətinin başçısı Tələt paşa və digər hökumət üzvləri ilə görüşlər keçirməyə, Cümhuriyyət haqqında türk ictimaiyyətinə məlumatlar çatdırmağa başlayırlar. İstiqlal bəyannaməsinin tam mətni İstanbulda olan bütün səfirlik və konsulluqlara təqdim edilir. 1918-ci il sentyabrın 16-da M.Ə.Rəsulzadə Osmanlı tərəfi ilə ticarət müqaviləsi imzalayır. Həmin müqavilə əsasında Azərbaycan hökuməti Osmanlıdan 500 min türk lirəsi alır. Azərbaycan hökuməti Osmanlı imperiyası ilə tam həcmdə diplomatik əlaqələr yaradılması üçün 1918-cı il avqustun 20-də Əlimərdan bəy Topçubaşovu fövqəladə səlahiyyətli nazir kimi İstanbula ezam edir. Oktyabrın 2-də Ə.Topçubaşov Tələt paşa ilə görüşür, türk əsgərlərinin Bakının azad edilməsində iştirakına görə ona hökumət adından təşəkkür edir.

Y.V.Çəmənzəminli ilə bağlı maraqlı bir sənəd də AXC-nin Vatikan ilə diplomatik əlaqələr qurmaq istiqamətində cəhdləri ilə bağlıdır. Bu sənədi Vatikan arxivindən tarix elmləri doktoru Fərid Ələkbərli aşkar edib. Həmin sənədə görə, Y.V.Çəmənzəminli Roma Papası XV Benediktə heykəlin ucaldılması layihəsinin təşəbbüskarı və iştirakçısı olub. Roma Papasının İstanbuldakı nümayəndəsi bununla əlaqədar Vatikana aşağıdakı məlumatı göndərib: “Konstantinopolda Papa XV Benediktə abidənin ucaldılması layihəsi üçün müsəlman Azərbaycan Respublikasının nümayəndəsi Yusif bəy Vəzirovun təklif etdiyi məbləğ haqqında məlumat”. F.Ələkbərli bu məsələ ilə bağlı tarixi belə izah edir: “Yusif Vəzir Vatikana məktub yazdı ki, təxminən bir il əvvəl rəhmətə getmiş XV Benedikt adlı papanın heykəlinin İstanbulda qoyulmasını istəyirlər. Azərbaycan hökuməti bunun tərəfdarıdır. Çünki XV Benedikt sülhpərvər olub, Qərb ölkələrini həmişə sülhə çağırıb. Çalışıb ki, Osmanlı dövləti ilə Qərb arasında ixtilaf olmasın. Həmişə sülh, əmin-amanlıq olsun və xristianlıqla İslam arasında ədavət olmasın. Yəni bu şəxs sivilizasiyaları bir-biri ilə barışdırmaq yolunu tutub. Beləliklə, Yusif Vəzirovun belə xoşməramlı təklifi olub. Əlbəttə, Yusif Vəzirov bu təklifi təkcə öz adından etməmişdi, Azərbaycan Xalq Cümhuriyyəti ilə razılaşdırmışdı”.

Cümhuriyyətin işğalından sonra Yusif Vəzir səkkiz ay fəaliyyətini davam etdirir. Səfirlik məsələsi bitdikdən sonra o, İstanbuldakı fəaliyyətini əks etdirən arxivini mühafizəsi üçün İstanbuldakı Süleymaniyyə nəzdindəki kitabxanaya təhvil verir. Bir müddət İstanbulda qalan Y.V.Çəmənzəminli “Yusif bəy Vəzirov. Azərbaycan Cümhuriyyətinin sabiq İstanbul elçisi” imzası ilə 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər” və “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitablarını yazır. O, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitabını M.Ə.Rəsulzadəyə ithaf edir.

Sovet Azərbaycanına dönən sabiq səfir burada əvvəlcə yaxşı qarşılanıb, müxtəlif işlərdə çalışsa da, 1937-ci ilin repressiyasından xilas olmayaraq sürgünə göndərilir. 1938-ci il avqustun 9-da Y.V.Çəmənzəminlinin həbsi barədə оrdеr imzalanır. Lakin bu vaхt о, Bakıda deyildi, Хarəzm Vilayət Pеdaqоji İnstitutunda müəllim işləmək üçün Ürkənc şəhərinə gəlmişdi. Ancaq Y.V.Çəmənzəminlinin izinə düşən NKVD 1940-cı il yanvarın 27-də onu Ürkənc şəhərində həbs еdib Bakıya gətirir. Həmin ilin yayında Qоrki vilayətinin Suхоbеzvоdnое kəndinə sürgün оlunan ədib 1943-cü il yanvarın 3-də burada vəfat еdib. Onun aclıqdan vəfat etdiyi bildirilir. Beləliklə, görkəmli ədib və diplomatın həyatı faciə ilə başa çatır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb