“YUXULARIN ÇİN OLDUĞU YERDƏ” KİTABI İLƏ BAĞLI İNŞA YAZI MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
pedaqoq Linda Li Rattonun “Yuxuların çin olduğu yerdə” kitabı ilə bağlı orta məktəblərdə keçirilmiş respublika inşa yazı müsabiqəsinin yekununa həsr olunmuş tədbir təşkil edilmişdir.
Tədbirdə müsabiqənin qalibləri və ayrı-ayrı ölkələrin Bakıdakı səfirlərinin xanımları iştirak etmişlər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək, “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı”nın (2005-2009-cu illər) həyata keçirildiyini bildirmişdir.
“Yuxuların çin olduğu yerdə” kitabının Azərbaycan dilinə tərcümə edilərək, məktəblərə paylandığını diqqətə çatdıran nazir, həmin kitabla bağlı 4-cü siniflərdə keçirilmiş inşa yazı müsabiqəsində 140 minədək şagirdin iştirak etdiyini və qaliblərin müəyyənləşdirildiyini söyləmişdir.
ABŞ-ın “Dünyaya baxış” təşkilatının Azərbaycan üzrə nümayəndəsi Lesli Harniş keçirilən inşa yazı müsabiqəsinin əhəmiyyətini qeyd etmiş və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunmasının vacibliyini vurğulamışdır.
Müsabiqədə uğur qazanan şagirdlər tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Sonra müsabiqənin qaliblərinə mükafatlar verilmişdir.