ZALQADA YENƏ TOQQUŞMA BAŞ VERMİŞDİR
Yüksək dağlıq bölgələrdə yerləşən Zalqa rayonunda, əsasən, yunanlar yaşayırdılar. Gürcüstanda ötən əsrin 90-cı illərinin məlum hadisələrindən sonra yunanlar kütləvi surətdə köçməyə başlamış, 20-dək kənd boşalmış, bu kəndlərə digər dağlıq bölgələrdən gürcülər köçürülmüşdü. Az sonra Zalqada yaşayan ermənilərlə onların münasibətində gərginlik yaranmış və tez-tez toqquşmalar baş vermişdir.
Yanvarın 29-da Zalqada yenə toqquşma olmuşdur. Ermənilər gürcüləri döymüş, bir neçə minik avtomobilinin şüşəsini sındırmışlar. Onlar gürcüləri özlərini yekəxana və təkəbbürlü aparması, milli azlıqların hüquqlarını tapdalamağa cəhd göstərməkdə təqsirləndirirlər. Gürcülərin fikrincə isə, rayonda əksər vəzifələri ermənilər tutduğuna görə onlar belə özbaşınalıq edirlər. Rayon icra hakimiyyətində yalnız iki gürcü işləyir, 30 kənd məclisi sədrindən 20-si ermənidir. Hüquq-mühafizə orqanlarında da əsas vəzifələri ermənilər tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]