Zamin Zeynal: Yerli QHT-lər uğurlu layihələr yazmaq əzmindədirlər
Naftalan, 27 avqust, Elcan Məmmədov, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə üç gün ərzində keçirilən “QHT-lərin II İnkişaf və Mübadilə Proqramı” tədbiri uğurla yekunlaşdı. Xüsusilə layihələrin idarə edilməsi mövzusunda peşəkar təlimçilər tərəfindən keçirilən təlimlər maraqla qarşılanıb.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal deyib.
O bildirib ki, bu tədbir çərçivəsində keçirilən təlimlər qeyri-hökumət təşkilatlarının daha dolğun və peşəkar layihələr hazırlaması üçün yardımçı olacaq.
“Təlimlər zamanı diqqət çəkən əsas məqamlardan biri də ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının beynəlxalq layihələr hazırlamaqda maraqlı olması idi. Artıq bizim QHT-lər uğurlu layihələr yazmaq əzmindədirlər,” - deyə QHT sədri bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]