ZAQATALADA HƏRBİ-İDMAN VƏ TURİZM OYUNLARININ ZONA TURU KEÇİRİLMİŞDİR
Zaqatalada “Cəsurlar” hərbi-idman və turizm oyunlarının zona yarışları keçirilmişdir. İdman tədbirində Ağdaş, Qəbələ, Oğuz, Şəki, Qax və Balakən rayonlarının komandaları iştirak etmişdir. Ev sahibləri olan Zaqatala rayonunun komandası isə Ağcabədidə keçirilən zona yarışlarına qatılmışdır.
Rayon gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, Danaçı kənd 1 nцmrəli orta məktəbin bazasında keçirilən yarışlarda komandalar sıra hazırlığı və estafet yarışlarında qüvvələrini sınamışlar. Zona turunu birinci və ikinci pillədə başa vuran Balakən və Oğuz rayonlarının komandaları hərbi-idman və turizm oyunlarının Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanmışlar.
Xatırladaq ki, Gənclər və İdman, habelə Təhsil, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik və vətənə məhəbbət ruhunda tərbiyə olunmasına kömək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]