ZAQATALADA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI ARTIRILMIŞDIR
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hesabat dövründə rayonda payızlıq taxıl istehsalı keçən ilin müvafiq dövrünə nisbətən 26,4 faiz, dən qarğıdalı istehsalı isə 8,2 faiz artmış, 6 min ton çox kartof, bostan və tərəvəz məhsulları istehsal edilmişdir. Rayonda 2725 ton quru tütün istehsal olunmuşdur ki, bu da ötən illə müqayisədə 2,6 dəfə çoxdur.
İndiyə kimi rayonda 5,4 min hektar sahədə payızlıq şum aparılmış, 2,4 min tona yaxın toxum fondu yaradılmışdır.