ZAQATALADA ÖZƏL TOXUMÇULUQTƏSƏRRÜFATLARI YARADILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq razılıq-lisenziyasına əsasən, Zaqatala rayonunun “Göyəm” və “Muxax” istehsal kooperativləri, habelə Faldarlı-Qandax ərazisində fəaliyyətdə olan toxumçuluq müəssisəsi bundan sonra özəl toxumçuluq təsərrüfatları kimi fəaliyyət göstərəcəkdir. Bu təsərrüfatlar artıq dövlət qeydiyyatına alınmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, yeni yaradılan özəl toxumçuluq təsərrüfatları rayonun fermer təsərrüfatlarını yerli şəraitə uyğun yüksək məhsuldar və keyfiyyətli toxum sortları ilə təmin edəcək, habelə toxumçuluqla bağlı seleksiya işlərinin aparılmasında Zaqatala Bölgə Təcrübə Stansiyasına yaxından kömək göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]