ZAQATALADA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİNHEYKƏLİNİN AÇILIŞI OLMUŞDUR
Parka toplaşan minlərlə zaqatalalının sürəkli alqışları altında heykəlin üzərindəki ağ örtük götürülmüş və abidənin önünə əklil, gül-çiçək dəstələri qoyulmuşdur.
Açılış mərasimində çıxış edən natiqlər görkəmli dövlət xadimi, dünya şöhrətli lider, ulu öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi kursunun bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini iftixarla qeyd etmişlər.
Mərasimin sonunda tədbir iştirakçıları ümummilli liderimizə sonsuz ehtiram və tükənməz məhəbbətlərini bir daha nümayiş etdirmiş, abidənin önünü gül-çiçək dəstələri ilə bəzəmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:18]
Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi
- 07.10.2026 [17:07]
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək
- 07.10.2026 [16:27]
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir
- 07.10.2026 [15:34]