ZAQATALADA YENİ FINDIQ BAĞLARISALINIR
AZƏRTAC xəbər verir ki, son illər Zaqatala rayonunda kənd əhalisinin əsas məşğuliyyət və qazanc sahələri olan fındıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Daxili və xarici bazarlarda bu meyvəyə tələbatın ildən-ilə çoxalması və məhsulun satış qiymətlərinin kifayət qədər yüksək olması rayon əhalisinin həmin sahəyə marağını xeyli artırmışdır. Hazırda rayonda mövcud olan 7594 hektar məhsuldar meyvə bağlarının 5534 hektarını fındıq sahələri təşkil edir. Təkcə son 3 ildə Zaqatalada 1578 hektar sahədə yeni fındıq bağları salınmışdır və bu proses indi də davam edir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, cari il Zaqatalada 9420 ton fındıq istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 6 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]