Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər paradiqmasının siyasi-diplomatik və hərbi-ideoloji-informasion reallıqları

Zəfər paradiqmasının siyasi-diplomatik və hərbi-ideoloji-informasion reallıqları

Bakı, 5 noyabr, AZƏRTAC

Müasir Azərbaycanın hərbi-strateji Zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi XXI əsrin ikinci onilliyində Cənubi Qafqaz regionunda yeni bir geosiyasi reallığa zəmin oldu və qonşu ölkələrin qarşılıqlı münasibətlərində yeni əməkdaşlıq mühitini meydana çıxartdı. Prezident İlham Əliyev strategiyasının Vətən müharibəsində uzun illər yönəltdiyi bu mükəmməl siyasi-hərbi və diplomatik-ideoloji-informasion xəttinin yekunu isə Zəfər oldu. Vətən müharibəsində Zəfər paradiqmasının reallıqlarına nəzər yetirək. Əvvəla qeyd edək ki, Vətən müharibəsində Zəfəri şərtləndirən geosiyasi proseslərdə davamlı, praqmatik xarici siyasət platformasından irəli gələn uğurun nəticəsidir. İkincisi, bu reallıq Azərbaycanın siyasi-iqtisadi və hərbi-sənaye üstünlüyünün məntiqi təsdiqi idi. Üçüncüsü, 30 il müddətində Azərbaycanın tarixi Qarabağ torpaqlarının işğal altında qalması faktını dünya ictimaiyyətinə sənədli dəlillərlə, onun tarixi-geosiyasi səbəblərini çoxsaylı beynəlxalq tədbirlərdə məlumatlandırılmaqla nail olunmuşdu.

Bu fikirlər AMEA FSİ “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, professor Rəna Mirzəzadənin “Zəfər paradiqmasının siyasi-diplomatik və hərbi-ideoloji-informasion reallıqları” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Vətən müharibəsində Zəfər yolu fəlsəfəsi başlanğıc gücünü ulu öndər Heydər Əliyev xarici siyasət konsepsiyasından götürən və Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilən müvafiq strateji-hərbi platforma idi. Bu yolun hədəfi “Dağlıq Qarabağ” adlanan qondarma erməni mifinin dağıdılaraq həll edilməsi idi. A.Şopenhauer “Dahilik haqqında” əsərində göstərdiyi kimi: “Dahi bütün başqalarının görmədiyi özgə bir dünya görür, çünki həmin dünya onun başında obyektiv, yəni, təmiz və aydın şəkildə canlanır”.

Bəs iki əsrdən (1805-ci il Kürəkçay müqaviləsindən 2020-ci il sentyabrın 27-dək - Vətən müharibəsinədək) gələn yolda otuzillik işğal və haqq-ədalət uğrunda Vətən müharibəsinin yekunu olan Zəfəri şərtləndirən paradiqmalar nədir?

Ulu öndər Heydər Əliyev vurğulayırdı ki, “Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. Bu, ulu öndər Heydər Əliyevin ordu quruculuğu, siyasi-hərbi strategiyasının paradiqmal göstəricisidir. Bu nöqteyi-nəzərdən:

- 1994-cü ildə müvəqqəti atəşkəs rejiminin tətbiqi ilə Ermənistanın işğalçılıq siyasəti dayandırıldı, ölkədə daxili ictimai-siyasi sabitlik bərpa olundu, dövlətçilik institutu formalaşdırıldı, ordu gücləndirildi, hərbi sənaye yaradıldı, siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrdə quruculuq-bərpa işlərinə start verildi, xarici siyasətdə qlobal və regional çoxşaxəli layihələr həyata keçirildi, müstəqil Azərbaycan dövləti dünya birliyində tanındı. Bu kontekstə alman filosofu İ.Fixtenin fikri ilə yanaşsaq: “Dövlət ayrı-ayrı xüsusi maraqların deyil, millətin maraqlarına, onun birləşməsinə və vahidləşməsinə xidmət etməli, daşıyıcısı xalq olan mənəviyyatın müdafiəsində durmalıdır.

-Son 30 ildə Azərbaycan tarixi Qarabağ torpaqlarını itirməyə məruz qalmış və Prezident İlham Əliyevin balanslı xarici siyasəti, müasir silahlarla təchiz olunan Ordunun mübarizliyi nəticəsində işğal altındakı torpaqlar azad edilərək, Azərbaycan xalqının şərəfi, ləyaqəti, milli mənliyi, qüruru, özgüvəni qaytarıldı və tarixi ədalət bərpa olundu. Bu mənada Nobel mükafatçısı, hind iqtisadçı filosofu Amatiya Sen “Ədalət ideyası” kitabında yazdığı kimi: “Müharibələri sona yetirən əxlaq nəzəriyyəsi ədalətə nail olmaq deyil, ədalətsizliyin qarşısını almaq üçündür”. Azərbaycanda ədalətsizliyin qarşısı alındı.

Azərbaycan Ordusunda hərbi güclə qazandığı uğur üç rayonun - Ağdam, Kəlbəcər və Laçının heç bir döyüş olmadan geri qaytarılması ilə nəticələndi. Torpaqların itki, şəhid vermədən, hərbi əməliyyatlarsız geri qaytarılması dünya hərb tarixində nadir təcrübədir. Bunlar düşünülmüş və uzaqgörən diplomatik-hərbi strategiyadan qazanılan Zəfər paradiqmalarıdır.

Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdəlik, eləcə də xalq-dövlət birliyi, ölkə vətəndaşlarının dövlətlə həmrəyliyi, qüdrətli Türkiyə dövlətinin Azərbaycana siyasi və mənəvi dəstəyi Vətən müharibəsində Zəfəri təmin edən həlledici komponentdir. Yada salaq ki, münaqişənin BMT səviyyəsindən ATƏT çərçivəsinə keçirilməsinin təşəbbüskarı da ulu öndər Heydər Əliyev idi. Reallıq idi ki, BMT-də Ermənistan əleyhinə hansısa qərarın qəbuluna ABŞ, Rusiya və Fransa heç vaxt imkan yaratmayacaqdı. BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş rayonlarında vəziyyət" və qəbul edilmiş digər qərarlar da buna sübutdur. ATƏT-də isə qərarlar konsensusla qəbul edilir və bu da Azərbaycanın şansını artırırdı. Lakin ABŞ, Rusiya, Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri seçildilər və “vasitəçilik diplomatiyası" uzun illər münaqişəni dondurdu və sanki "konservləşdirdi".

Müstəqil Azərbaycanın bütün istiqamətlər üzrə gücləndikcə təcavüzkar Ermənistana dəstək verən dövlətlər münaqişənin dondurulmasına çalışırdılar. ATƏT-in Minsk qrupu işğalçılıq siyasətinin meydana çıxardığı status-kvonu Azərbaycana qəbul etdirməyə yönələn masa-dialoq diplomatiyası və ya “turist diplomatiyası” adı ilə problemin hərbi yolla həllinə imkan vermirdi. Belə ki, hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisi tərəfindən qəbul olunan 4 qətnamə, həmçinin AŞPA və ATƏT kimi Qərb demokratik institutlarının da qətnamə və qərarları kağız üzərində, yəni masa danışıqlarında qalması ilə yekunlaşırdı. Ermənistana himayədarlıq edilir, onun güclü silahlandırılması prosesi gedirdi. Azərbaycan isə öz tarixi torpaqları uğrunda diplomatik-siyasi çərçivədə mübarizəni dayanmadan aparır, həm də ordusunu gücləndirirdi. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi: "Diplomatiya döyüş meydanı deyil, burada siyasətçilər təvazökarlıq, səbir, iradə və əzm göstərməklə, istədiklərinə nail ola bilirlər''.

2003-cü ildən münaqişənin siyasi diplomatik yolla həllinə çalışan Prezident İlham Əliyev hərb yolunun da istisna olunmadığını beynəlxalq tribunalardan bəyan etmişdi. Azərbaycanda beynəlxalq standartlara uyğun modern və nizami ordu yaradılaraq, müasir silah və döyüş texnikaları alınmış, NATO nümunəsində ordu quruculuğu formalaşdırılmışdı. Ulu öndər Heydər Əliyev məntiqi ilə desək: “Silahlı qüvvələrin yaradılması Azərbaycanın dövlət müstəqilliyi və suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir”.

-Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilə Vətən müharibəsi sonrası görüşdə söylədiyi əsaslı tənqidlər Azərbaycan xalqının narazılığının ifadəsi idi. Belə ki, BMT-nin 1995-ci il “Dözümlülük prinsipləri haqqında” Bəyannaməsinin 2-ci maddəsində dövlətlər qarşısında belə bir tələb qoyulur: “Dövlətlər insan hüquqları haqqında beynəlxalq konvensiyaları təsdiq etməli, əgər lazım gələrsə cəmiyyətdəki bütün qruplar və ayrı-ayrı şəxslər üçün bərabərhüquqlu yanaşmanı, imkanların bərabərliyini təmin etmək məqsədilə yeni qanunvericilik işləyib hazırlamalıdırlar”. Bu müddəa münaqişənin həllində Minsk qrupunun fəaliyyətinə ehtiyacın olmadığı göstəricisinin paradiqmasıdır.

Azərbaycana keçmiş Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun, bəzən də 5 rayonun qaytarılması təklif edilir, "öz tarixi torpaqlarımızın öz torpaqlarımızla əvəz edilməsi, verilməsi" kompromis variant kimi tövsiyə olunurdu. Bu, Azərbaycan tərəfindən qətiyyən qəbul olunmurdu. Bu illər ərzində Ermənistan işğal etdiyi torpaqlarda güclü mühəndis-istehkam qurğuları yaratmışdı (xaricdəki havadarların dəstəyi ilə bu guya alına bilməz "Sarkisyan-Ohanyan istehkamları xətti” adlandırılırdı). İkili standartlardan irəli gələrək bütövlükdə işğal zonasında çoxlu sayda müxtəlif silah ilə təchiz olunan, silahlı quldur qruplarının düşərgələri yaradılaraq, Ermənistan ordusunun “məğlubedilməzliyi” haqqında “mif” yaranmışdı. Azərbaycanın işğal olunan Qarabağ bölgəsində yeraltı və yerüstü resursları talan edilərək, dünyanın müxtəlif ölkələrindən ermənilərin Qarabağa və onun ətraf rayonlarına qanunsuz köçürülərək, məskunlaşdırılması prosesi həyata keçirilmişdi.

-Yada salaq ki, Ermənistan hələ 2016-cı il Aprel döyüşlərində ciddi “zərər aldı” və Azərbaycanın hansı imkanlara malik olduğunu əyani şəkildə gördü, keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında “Madrid prinsipləri”ndən imtina etdi. Münaqişənin nizamlanmasını deyil, əksinə, “yeni ərazilər işğal etmək” bəyanatları ilə status-kvonu əbədiləşdirməyi qərarlaşdıran işğalçı Ermənistan hökuməti İkinci Qarabağ müharibəsini əsas başladan səbəbkarı oldu.

-Beynəlxalq beyin mərkəzləri, Avropa dövlətləri, Rusiya, ABŞ və İran Cənubi Qafqazda baş verən hadisə və proseslərə nəinki birbaşa ciddi təsir göstərir, habelə Azərbaycana siyasi dəstək verən Türkiyədən qeyri, əsasən işğalçını dəstəkləyirdilər. Azərbaycanın iqtisadi, siyasi, hərbi təhlükəsizlik baxımdan dəstəklənməsində tarixi, mədəni və etnopsixoloji baxımdan dərin köklərə malik Türkiyənin rolu əhəmiyyətli dərəcədə böyükdür. NATO üzvü olan Türkiyənin Azərbaycanla strateji əməkdaşlığı regional siyasəti təmin edən başlıca komponentlərdəndir. 2020-ci ilin yayından ölkənin dövlət sərhədlərinin atəş altında saxlanılaraq, dinc əhalini, mülki obyektləri və yaşayış tikintilərini gülləbarana tutmasının adi hal alması Azərbaycan xalqının hərbi vətənpərvərlik ruhunu qabartmış, xalq dövlətdən artıq ciddi tədbirlərə başlanılmasını tələb edirdi. 2020-ci il iyulun 12-si və avqustun 27-də Ermənistan silahlı hərbi hissələrinin Azərbaycan dövlət sərhədlərini müxtəlif silahlardan atəşə tutması Ermənistan rəhbərliyinin müharibə istəyinin əlaməti idi. 2020-ci il sentyabrın 27-də səhər erkən Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks hücuma keçdi. 2020-ci il noyabrın 10-dək davam edən silahlı döyüşlər Ermənistanın məğlubiyyətini sonlandırdı. 2020-ci il noyabrin 10-da Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatların dayandırılması haqqında 9 bənddən ibarət Bəyanatı imzaladılar.

-ABŞ Dövlət katibinin keçmiş müşaviri, politoloq Pol Qobl “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı tədbirdə söylədiyi kimi: “Rusiya Qarabağ müharibəsində Qarabağa ordu yerləşdirmək istəmirdi. Lakin Türkiyə qüvvələrinin bura girəcəyindən ehtiyat etdiyinə görə, hesab edirəm ki, son olaraq belə bir addım atdı. Əvvəlcə Rusiya erməni xalqının qələbə qazandığını düşünürdüsə, sonda onların məğlub olduğunu başa düşdü”.

-Azərbaycanın Vətən müharibəsində Zəfəri Ermənistanda ciddi qarmaqarışıqlıq, xaos və çətin vəziyyət yaratdı. XXI əsrin Ermənistanı XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb, ziddiyyətli və qalmaqallı günlərə döndü. Ermənistanın “məğlubedilməz ordu” mifi, lobbisinin hamiliyi, erməni-daşnak, quldur dəstələrinin “güclülüyü” haqda onilliklər boyu formalaşdırılan nağıllar Azərbaycan milli Ordusunun dəqiq və hazırlıqlı cavab zərbələri ilə “yuxu”da qaldı. Azərbaycan Ordusu xalqın otuz ildə verdiyi şəhidləri və işğal edilən torpaqlarını azad etməklə, intiqamını aldı və Türk birliyinin gücünü bütün dünyaya göstərdi. Azərbaycan Zəfər çaldı, suverenliyi və torpaqlarının bütövlüyü ilə əlaqədar BMT-nin tarixi qətnamələrini kağız üzərindən real gerçəkliyə çevirdi. Burada yenə Hegel siyasi-fəlsəfi fikrinə müraciət edək. Hegel yazır: “Xalq nəinki müharibədən bərkiyib çıxır, eyni zamanda, millətlər arasında mövcud olan barışmaz antoqonizmlər xarici müharibələr sayəsində daxili dincliklə əvəz olunur”.

-Ermənistan qoşunlarının 2020-ci il Tovuz hadisələrindən başlayaraq ardıcıl hücumlar törədərək, Azərbaycan Ordusunun mövqelərini və dinc yaşayış məskənlərini atəşə tutması, “daha yeni ərazilər” uğrunda iddiası, ən faciəli-hərbi siyasi səhvi nəticəsində onun məğlubiyyətinə səbəb oldu. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin birinci bəndində yazılıb: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır” və 11-ci maddənin üçüncü bəndində deyilir: “Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir”.

Bu siyasi-hərbi, diplomatik-ideoloji paradiqmalar vəhdəti belədir:

1.Azərbaycan öz ərazisində suveren hüquqlarının təmini, əhalinin qorunması üçün hərbi silahlı müdaxiləyə də əks hücumla cavab verdi. 2. Vətən müharibəsində geosiyasi tarixi mövqedən və beynəlxalq hüququn prinsiplərinə görə də Azərbaycanın haqlı olmasını təsdiq etdi. 3. Azərbaycan illərlə çətin bir yol adlamış, dünya ictimai rəyinin münaqişənin gerçək səbəblərini rəsmi sənədlərlə göstərməklə yanaşı, həm də 2020-ci il 27 sentyabr Vətən müharibəsinədək Cənubi Qafqaz regionunda işğalçılıq siyasətinə dair fikir yarada bilmişdi. 4. 44 günlük müharibədə dünya güclərini siyasi təzyiqlərdən, diplomatik təhdidlərdən birbaşa açıq-hərbi müdaxiləyə keçməkdən çəkindirən də bu gerçək faktlar idi. 5. Azərbaycanın taktiki strateji siyasəti beynəlxalq aləmdə mövcud reallıqlara və hadisələrin hərbi yönümünün mümkün ssenarilərinə qarşı bir siyasi tolerantlıq yaratmışdı. 6. Vətən müharibəsində digər önəmli fakt Ali Baş Komandanın hərbi əməliyyatlar zamanı faktiki sənədlərə əsaslanan xarici KİV-lərdə çıxışları, Azərbaycanın - informasiya, güc, yəni, informasiya “yumşaq” mübarizəsində qələbəsinə əsas təkan verən həlledici faktor oldu. 7. Belə ki, müharibəyə sövq edilən, öz ərazi bütövlüyünün təmini üçün beynəlxalq təzyiqlərə müqavimət göstərən, qarşı tərəfə dünyanın aparıcı güclərinin verdiyi açıq və gizli dəstəyin nəticələrini mümkün qədər neytrallaşdırmada da əsas rol daşıyan Ali Baş Komandan idi. 8. Dövlət Rəhbərinin beynəlxalq KİV-lərdə çıxışları mühüm əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyevin diplomatik sahədə təhsili və bilik səviyyəsi, beynəlxalq münasibətlər üzrə peşəkarlığı, siyasi dünyagörüşü, proseslərə çevik və savadlı, operativ yanaşma məharəti Azərbaycana qarşı əks qüvvələrin əsas rol oynadığı xarici informasiya məkanında dominantlığın əldə olunmasında da böyük rola malikdir. Ali Baş Komandanın prosesi yüksək peşəkarlıq, operativ çevikliklə idarə etməsi, məqamı yetəndə zəruri müdaxilələri və korrektələri, diplomatik-ideoloji müsahibələri də informasion müharibədə dəqiq hədəflənmiş uğurun Zəfər paradiqmalarıdır.

-Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyev prinsipiallığı, qətiyyətli siyasi iradəsi ilə xalqın milli maraqlarını cəsarətlə müdafiə etdi, məqsədəmüvafiq, ardıcıl strategiya yürütdü və Azərbaycanın işğalda olan tarixi ərazilərinin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də düşmənə onun hərəkəti ilə - cavab atəşləri ilə hücuma başladı. N.Makiavelli yazdığı kimi: “Düşmənlə iki yolla mübarizə aparmaq olar: birinci qanunlarla, ikincisi güclə”.

-Vətən müharibəsi dövründə respublikanın bütün ictimai və siyasi təsisatlarının, fəaliyyəti işğalçı Ermənistanın təcavüzkarlıq siyasətinin ifşasının məhvinə yönəldilmişdi. Ölkə Prezidenti öz çıxışlarında hər zaman göstərirdi ki, Azərbaycan torpaqlarına təcavüz siyasəti işğalçı Ermənistanı bütün regional layihələrdən təcriddə saxlayıb və ermənilər perspektivi olmayan, xaricdəki diaspor-lobbi maliyyələşməsi ümidinə qalan monoerməni xalqından ibarət bir dövlətdir. V.Şekspir məntiqi ilə desək: “Müqavimət nə qədər güclü olsa, qələbə o qədər parlaq və şərəfli olar”.

Azərbaycanın Vətən müharibəsində Cənubi Qafqaz regionunda öz tarixi ərazilərini azad etməsi yeni siyasi reallıqları üzə çıxartdı. Bu yeni reallıqla da Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda Azərbaycanla da hesablaşma zərurəti yaratdı.

- Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin “münaqişənin hərbi yolla həlli yoxdur” tezisini 44 günlük Vətən müharibəsi gedişində darmadağın etdi və Cənubi Qafqazda tam yeni bir güclü Azərbaycan reallığı meydana çıxdı. Bu yeni siyasi reallıqda Azərbaycan hərtərəfli inkişaf edən, qüvvəti orduya malik Qalib dövlət, Ermənistan isə hərbi potensialının əksərini itirən, öz sərhədlərinin təhlükəsizliyini təmin etməyə resursları olmayan, iqtisadi perspektivi zəif, məğlub ölkə olaraq daxil oldu və “yenilməz erməni ordusu” mifi dağıdıldı, Azərbaycanın “hərbi-diplomatik-innovativ güc diplomatiyası” Zəfər çaldı.

-Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdıran, beynəlxalq təşkilatlarda ədalətə, haqqa səsləyən çoxsaylı tədbirlər keçirmiş, Qarabağın işğalı və Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat vermişdir. Belə ki, “Xocalıya ədalət!” kampaniyası, bir çox ölkələr tərəfindən Xocalı soyqırımının tanınması, demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərənin formalaşmasını da hədəf seçmiş paradiqmalardır.

-Azərbaycanın Vətən müharibəsində Zəfəri güclü ordu-xalq-dövlət, Ulu Öndərin siyasi təməllərini əsas tutan azərbaycançılıq, multikultural həyat tərzini bəyan edən, modernləşmə xəttini, davamlı inkişaf kursunu aparan Prezident İlham Əliyevin liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş strateji hərbi-diplomatik-ideoloji paradiqmalarıdır. Bu məntiqin izahıdır ki, əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, artıq Azərbaycan qalib və qürurlu xalq kimi qəbul edilir. Dünya mətbuatı və xalqları Azərbaycanı XXI əsrin müharibəsini qələbə ilə yekunlaşdıran xalq olaraq tanıyır. Bütün bunlar Azərbaycanın dünyada mövqeyini daha da möhkəmləndirilməsini şərtləndirən paradiqmalardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib