“Zəfər yürüşü” çərçivəsində keçirilən triatlon turnirinin qalibi müəyyənləşib
Zəngilan, 22 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
Zəngilanda “Zəfər yürüşü” çərçivəsində keçirilən triatlon turnirinin qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnir çərçivəsində idmançılar əvvəlcə triatlon (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) yarışında mübarizə aparıblar.
Triatlon yarışında (300 metr üzmə, 10 kilometr velosiped sürmə və 2 kilometr qaçış) Toğrul Məmmədli qalib gəlib. Cəfər Məmmədov ikinci, Cəlal Süleymanov isə üçüncü olub.