Zelenski: Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir
Kiyev, 11 may, AZƏRTAC
Rusların, nəhayət, müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir.
AZƏRTAC xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb.
"Dünyada hər kəs bunu çoxdan gözləyirdi. Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir", - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, bir gün də olsa, qətli davam etdirməyin mənası yoxdur.
"Biz gözləyirik ki, Rusiya sabahdan, mayın 12-dən etibarən atəşkəsi tam, davamlı və təhlükəsiz şəkildə təsdiqləyəcək. Ukrayna görüşə hazırdır", - deyə Zelenski qeyd edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]